8 yanvarda 66 beynəlxalq təşkilatdan çıxdığını elan edən ABŞ-ın ardından İsrail də bir neçə beynəlxalq təşkilatla əməkdaşlığı dayandırmaq qərarına gəlib. Qərar İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən verilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, İsrail uzun illərdir ABŞ siyahısına daxil olan dörd BMT orqanı ilə əlaqə saxlamır: Baş Katibin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəsinin Ofisi, BMT Qadınları, BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası. Ölkə həmçinin daha üç təşkilatla - BMT-nin Sivilizasiyalar Alyansı, BMT Enerji və Miqrasiya və İnkişaf üzrə Qlobal Forumla əməkdaşlığı dayandırmaq qərarına gəlib.
Nazir Saar nazirliyinə İsrailin digər beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi məsələsini dərhal nəzərdən keçirməyi tapşırıb. Əlavə qərarlar hərtərəfli araşdırma və əlavə müzakirələrdən sonra, zərurət yarandıqda isə müvafiq hökumət nazirlikləri ilə məsləhətləşmələr aparılaraq qəbul ediləcək.
SAMİRƏ