Ukrayna prezidenti Zelenski “X” hesabında İrandakı etirazları açıq dəstəkləyən paylaşım edib. Zelenski fars dilində paylaşımında bildirib ki, İranda baş verənlər Rusiyaya aydın bir mesajdır və proseslər Moskvanın müttəfiqləri üçün vəziyyətin asan olmayacağını göstərir.
Ukrayna lideri vurğulayıb ki, dünyadakı hər bir adi insan İran xalqının mövcud rejimdən azad olmaq şansı əldə etməsini istəyir. O, bu rejimin yalnız İran daxilində deyil, Ukrayna və digər ölkələr də daxil olmaqla bir çox yerlərdə böyük əzab-əziyyətə səbəb olduğunu qeyd edib.
Zelenski bildirib ki, dəyişiklik üçün yaranmış bu tarixi məqam qaçırılmamalıdır. Onun sözlərinə görə, dünya liderləri, ölkələr və beynəlxalq təşkilatlar indi hərəkətə keçməli, İrandakı mövcud vəziyyətə görə məsuliyyət daşıyanların aradan qaldırılması üçün İran xalqına real dəstək göstərməlidirlər.
NAHİD