Cümə günü, 06 noyabr 2026
     

Trampın Qrenlandiya tələbi Avropaya BMT Nizamnaməsinin prinsiplərini xatırlatdı...

Image


Prezident Donald Tramp ABŞ-ın Qrenlandiya üzərində nəzarəti necə əldə edə biləcəyi ilə bağlı "bir sıra variantları" müzakirə edib. Ağ Evin mətbuat xidməti bildirir ki, müzakirə olunan variantlar arasında həm adanın satın alınması, həm də hərbi gücdən istifadə ehtimalı var. Ağ Evin açıqlamasında deyilir: "Prezident və onun komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif yolları müzakirə edir və əlbəttə ki, ABŞ silahlı qüvvələrindən istifadə baş komandanın ixtiyarında olan variantlardan biri kimi hər zaman nəzərdən keçirilir".

Ağ Ev verdiyi şərhdə bildirib ki, geniş muxtariyyətə sahib və Danimarka Krallığının tərkibinə daxil olan Qrenlandiya üzərində nəzarətin əldə edilməsi ABŞ üçün "milli təhlükəsizlik baxımından prioritetdir". Eyni zamanda qeyd etmək lazımdır ki, Danimarka NATO-nun üzvü kimi ABŞ-ın müttəfiqidir. Bu bəyanat Avropa liderlərinin Danimarkanı dəstəkləyən birgə açıqlama yaymasından sonra səsləndirilib. Danimarka Trampın nəhəng Arktika adasını əldə etmək planlarına qarşı çıxır. Tramp bir daha vurğulayıb ki, Qrenlandiya ABŞ-ın milli təhlükəsizliyinin təmin olunması üçün zəruridir. Bu bəyanat Danimarkanın baş naziri Mette Frederikseni xəbərdar etməyə vadar edib ki, ABŞ tərəfindən istənilən hücum faktiki olaraq NATO-nun mövcudluğunun sona çatması demək olar.

Bu arada ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp administrasiyası Qrenlandiyaya müdaxilə etməyi planlaşdırmır. O, adanın Danimarkadan satın alınması variantını xatırladıb. Bu barədə “Wall Street Journal” və digər Amerika KİV-ləri məlumat yayıb. Bundan sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi BBC-yə bildirib ki, ABŞ amerikalılar və Qrenlandiya xalqı üçün faydalı olacaq möhkəm ticarət münasibətləri qurmağa çalışır: "Bizim ümumi rəqiblərimiz Arktikada getdikcə daha fəal olurlar. Bu isə ABŞ, Danimarka Krallığı və onların NATO-dakı müttəfiqləri üçün narahatlıq yaradır". Qrenlandiya və Danimarka daha əvvəl bəyan etmişdilər ki, Qrenlandiya ilə bağlı ABŞ-ın plan və niyyətlərini müzakirə etmək üçün ABŞ dövlət katibi Marko Rubio ilə mümkün qədər tez bir görüş keçirilməsini xahiş ediblər. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, ABŞ Dövlət Departamentinin rəhbəri ilə aparılacaq danışıqlar zamanı bəzi anlaşılmazlıqlar aradan qalxmalıdır. Danimarkanın NATO üzrə altı Avropalı müttəfiqi Kopenhagenə dəstək ifadə edib. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Danimarka liderlərinin birgə bəyanatında deyilir: "Qrenlandiya öz xalqına məxsusdur və yalnız Danimarka ilə Qrenlandiya onların qarşılıqlı münasibətlərinə dair məsələlər üzrə qərar qəbul edə bilərlər."

Birgə bəyanatı imzalayan Avropa ölkələri Arktikada təhlükəsizliyin təmin olunmasında ABŞ-la yanaşı öz maraqlarını da vurğulayaraq bildiriblər ki, NATO müttəfiqləri, o cümlədən ABŞ bu məqsədə kollektiv şəkildə nail olmalıdırlar. Onlar, həmçinin BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl olunmasına çağırıblar. Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen bu bəyanatı alqışlayıb və qarşılıqlı hörmətə əsaslanan dialoqa çağırış edib. Qrenlandiyanın gələcəyi ilə bağlı məsələ ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatdan sonra yenidən gündəmə gəlib. Həmin əməliyyat zamanı Amerika ordusunun elit bölmələri ölkənin prezidenti Nikolas Maduronu ələ keçirərək Nyu-Yorka aparıblar. Bu əməliyyatdan bir gün sonra Trampın milli təhlükəsizlik üzrə müşavirinin həyat yoldaşı Keti Miller sosial şəbəkələrdə ABŞ bayrağının rənglərinə boyanmış Qrenlandiya xəritəsini "TEZLİKLƏ" sözü ilə paylaşdı. Onun həyat yoldaşı Stiven Miller bəyan edib ki, ABŞ hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. CNN-ə verdiyi müsahibədə Miller Amerikaya Qrenlandiyanın ilhaqı üçün güc tətbiqinin istisna edilib-edilmədiyi sualına dəfələrlə belə cavab verib: "Heç kim Qrenlandiyanın gələcəyinə görə ABŞ-la müharibə aparmayacaq". Əhalisi 57 min nəfər olan Qrenlandiya 1979-cu ildən etibarən Danimarka Krallığının tərkibində geniş muxtariyyətə malikdir. Lakin onun müdafiə və xarici siyasətinə dair qərarlar hələ də Kopenhagendə qəbul edilir. Qrenlandiyalıların əksəriyyəti Danimarkadan tam müstəqilliyin tərəfdarıdır. Bununla yanaşı, ictimai rəy sorğuları göstərir ki, adanın əhalisinin böyük əksəriyyəti artıq Qrenlandiyada hərbi bazası olan ABŞ-a birləşməyə qarşıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ