şənbə günü, 26 sentyabr 2026
     

Qaçqın "şahzadə" müharibə istəyir - Rza Pəhləvi atəşkəsi pislədi...

Image


Abutalıb Səmədov: "ABŞ gözlənilməzlik fürsətindən yararlanaraq hücuma keçəcək"

Sürgündə olan İran vəliəhdi Rza Pəhləvi keçən həftə Berlindəki mətbuat konfransında ABŞ ilə İran arasındakı atəşkəsi tənqid etdi. O, İranın rəhbərliyi ilə hər hansı danışıqların "yatıştırma siyasəti" olduğunu bildirdi və Qərb ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırdı. "Atəşkəs və danışıqlar - bütün bu narrativ birdən-birə praqmatistə çevrilmiş insanlarla iş görəcəyiniz fikrinə əsaslanır", - dedi o.

Pəhləvi konfransdan çıxarkən Almaniyanın federal mətbuat konfransı binasının önündə bir şəxs onu qırmızı maye ilə islatdı. Polis mayenin pomidor suyu olduğunu bildirdi. Polisin məlumatına görə, hadisəni törədən dərhal polis tərəfindən saxlanıldı. Pəhləvi xəsarətsiz çıxdı.
ABŞ, İsrail və İran arasında aprel 2026-da müvəqqəti atəşkəs elan ediləndə Pəhləvi tənqidi mövqeyini açıqlamaq üçün 13 saat gözlətdi. Sonra paylaşdığı videoda atəşkəsin "bir çoxunu məyus etdiyini" iddia etdi - sanki İranlılar hava hücumlarının dayandırılmasından kədər duyurdu.
Pəhləvi bununla yanaşı Avropa hökumətlərini passivlikdə ittiham edərək dedi: "Sual dəyişik gəlir. Əsl sual odur ki, Qərb demokratiyaları yalnız tamaşaçı qalarkən neçə İranlı həyatını itirəcək."
Rza Pəhləvi ABŞ-İran atəşkısini pusləməklə nə demək istəyir? Demək istəyur ki, Amerikanın əlaltısı deyil?
"Dünyada bir çoxları hesab edir ki, ABŞ İranla atəşkəsə getməməli, danışıqlar aparmamalı və bütün hərbi gücünü səfərbər edərək İranı məğlub etməyə çalışmalıdır - yalnız bu halda İran həm nüvə proqramından, həm balistik raket proqramından imtina edər, həm də bundan sonra proksi qüvvələrə yardımını dayandırar, ABŞ-ın yalnız bütün gücünü səfərbər edərək İrana qarşı ən qəti addımlar atması halında bu rejim dəyişə bilər və müxalif şəxslər iqtidara gələ bilər. Onlardan biri də Rza Pəhləvidir. O, da hesab edir ki, hakimiyyətə gəlməsi üçün atəşkəs və danışıqlar olmamalıdır - ən qəti addımlar atılmalıdır. Lakin Rza Pəhləvi hakimiyyətə iddialı bir adam kimi bu cür düşünə bilər, onun bəyanatlarından da görünür ki, İran ətrafında və müharibənin gedişində yaranmış reallıqları bilmir və ya anlamır. O, anlamır ki, bu məcburi atəşkəsdir - ABŞ buna getmək məcburiyyətində qalıb. Bunu Tramp da açıq şəkildə etiraf etdi: bizim əsas məqsədimiz yeni qüvvələr cəlb etmək, silah-sursat daşımaq və daha da güclənmək idi." Bunu məsələ barədə "Bakı-Xəbər"ə danışan politoloq Abutalıb Səmədov deyib.
Onun fikrincə, proses ABŞ administrasiyasının planlaşdırdığı kimi də inkişaf etmir: "Tramp və ətrafının düşüncəsinə görə İrana vurulan aviazərbələr, şəhərlərin və mühüm obyektlərin dağıdılması, ölkə rəhbərliyinə daxil olan şəxslərin öldürülməsi son nəticədə hakimiyyəti daha güzəştli mövqe tutmağa məcbur etməli idi. Çünki dağılan şəhərlər, strateji obyektlər, həlak olan hakimiyyət nümayəndələri və dinc insanlar normal bir dövləti düşünməyə vadar etməli idi. Bu isə danışıqlara zəmin yaratmalı idi. Eyni hadisə 1999-cu ildə Serbiya bombalanarkən baş vermişdi: 78 gün ABŞ və müttəfiqləri quru əməliyyatı aparmadan ölkəni bombaladı, dağıntılara və insan itkilərinə son qoymaq üçün hakimiyyət danışıqlara razı olduğunu bildirdi. Son nəticədə bu Kosovanın müstəqilliyinə gətirib çıxardı. İndi eyni dağıntılar və insan tələfatı İranda baş verib. Üç mindən çox insan ölüb, ölkənin rəhbər şəxsləri öldürülüb və bundan sonra İran nəinki güzəştli mövqe tutur, əksinə özünü qalib elan edir. Yəqin ki, İrana zərbələr bir az da artırılsa, yenə də özünü qalib saymaqda davam edəcək. Son nəticədə quru əməliyyatı keçirilməsə İranı nüvə və balistik raket proqramlarından əl çəkməyə məcbur etmək mümkün olmayacaq. Necə deyərlər, daş qayaya rast gəlib. Belə bir şəraitdə ABŞ atəşkəsə getməyə məcbur idi ki, regiona əlavə qüvvələr cəlb edə bilsin. Hazırkı şəraitdə danışıqlar da nəticə verə bilməz, çünki yanaşmalar çox fərqlidir, ortaq məxrəcə gəlmək həddən artıq çətindir. Amma vaxt qazanmağa, bir qədər də güc toplamağa ehtiyac var idi, bu səbəbdən də atəşkəsə gedildi. Yəqin ki, ABŞ gözlənilməzlik fürsətindən yararlanmağa çalışacaq - xəbərdarlıq edilmədən hücuma keçəcək. Çünki əvvəlcədən xəbərdarlıq edildi ki, elektrik stansiyaları və körpülər vurulacaq, İran da vətəndaşları həmin obyektlərin ətrafına toplayaraq canlı qalxan təşkil etdi. Çünki İran hakimiyyəti üçün vətəndaşın elə ciddi bir dəyəri yoxdur. Amma İran rejimi əmindir ki, Amerika bu dinc insanları qırmağa cəsarət etməyəcək. Bu səbəbdən gözlənilməz hücuma ehtiyac var, ABŞ də yəqin ki, bunu planlaşdırıb. Rza Pəhləvi isə yalnız hakimiyyət barədə düşünür. O, yenidən hakimiyyətə gəlmək və İranda 1979-cu il inqilabının nəticəsində yarımçıq qalmış işlərini davam etdirmək istəyir. Ancaq bir şeyi dərk etmir ki, Rza Pəhləvini hakimiyyətə gətirmək üçün ABŞ-ın tələb olunan gücü yoxdur. ABŞ-ın gücü yalnız İrana ağır yaralar vurmağa çata bilər. Rza Pəhləvi o qədər də böyük nüfuza malik olmadığına görə onu hakimiyyətə gətirmək ümumiyyətlə mümkün deyil. Başqa nüfuzlu müxalif nümayəndə də yoxdur. Bu səbəbdən İranda hakimiyyət dəyişikliyi baş verməyəcək. Amma sual budur ki, İranı hansısa güzəştə məcbur etmək mümkün olacaqmı? Yalnız bu halda Tramp öz qələbəsini elan edə bilər. İndiyə qədər baş verənlər hələ qələbə elan etmək üçün kifayət deyil, Trampa əlavə "uğurlar" lazımdır. Bu mərhələ də yəqin ki, çox uzun sürməyəcək, yeni hərbi əməliyyatlar mərhələsində də ABŞ-ın öz məqsədlərinə çatması ehtimalı çox azdır. Buna baxmayaraq Tramp yenidən hücum etmək məcburiyyətindədir."
Siyasi ekspert onu da əlavə etdi ki, Rza Pəhləvinin bu bəyanatı onun Amerikanın əlaltısı olmadığını sübut etməklə əlaqədar deyil. Nə qədər bəyanat versə də, əgər bir şəxs ABŞ-ın hərbi əməliyyatları nəticəsində hakimiyyətə gəlmək istəyirsə və bu yolla hakimiyyətə gələcəksə, bütün dünya onu Amerikanın əlaltısı kimi tanıyacaq, verilən bəyanatların isə heç bir əhəmiyyəti olmayacaq. Bu səbəbdən Rza Pəhləvinin məqsədi əlaltı olmadığını göstərmək deyil, bu addımların yanlış olduğunu, daha doğrusu, bu onun hakimiyyətə gedən yolunu açmadığını bəyan etmək istəyib. Ancaq o dərk etmir ki, onun istədiyini etmək ABŞ-ın imkanları daxilində deyil.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 13:51
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ