Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası yaxın vaxtlarda davam etdiriləcək. Trend erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan MTX-nin Sərhəd qüvvələrinin yaradılması ilə bağlı təntənəli tədbirdə çıxışı zamanı bildirib.
“Biz sərhədin delimitasiyası və demarkasiyası haqqında danışarkən istəyirik ki, hərbi qulluqçular daimi dislokasiya yerlərində xidmət etsinlər. Onlar onilliklərdir ki, səngərlərdə və məlum səbəblərdən şəraiti heç də ən yaxşı olmayan mövqelərdə xidmət aparırlar”, – deyə o qeyd edib.
Paşinyan həmçinin əlavə edib ki, gələcəkdə Azərbaycanla sərhəddə yerləşən istehkamlar və müdafiə qurğuları sərhəd qoşunlarına təhvil veriləcək.