"Güman edirəm ki, indi İran rejiminin son günlərini və həftələrini görürük". Bu haqda Almaniya kansleri Fridrix Merts deyib.
Alman mediasına əsasən, ölkə hökumətinin başçısı İran təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı zorakılığı qınayıb və bunu “qeyri-mütənasib”, “qəddar” adlandırıb: “Əgər rejim hakimiyyəti yalnız zorakılıq yolu ilə qoruyub saxlayırsa, deməli, faktiki olaraq sona çatıb. İnanıram ki, indi bu rejimin son günlərinə və həftələrinə şahid oluruq. Mən İran rəhbərliyini xalqını qorumağa və onları təhdid etməməyə çağırıram”.
TAHİR