ABŞ İrandakı vətəndaşlarını davam edən etirazlar və təhlükəsizlik risqlərini əsas gətirərək "ölkəni dərhal tərk etməyə" çağırıb.
Davam edən etirazlar və təhlükəsizlik risqlərinə toxunulan bəyanatda deyilir: "İranı dərhal tərk edin. Ölkəni tərk edə bilmirsinizsə, evinizə və ya başqa təhlükəsiz yerə gedin".
“Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, yolların bağlanması, ictimai nəqliyyatın hərəkətində fasilələr və internetin bloklanması davam edir. Aviaşirkətlər İrana uçuşları məhdudlaşdırır və ya ləğv edirlər, onlardan bir neçəsi isə yanvarın 16-na qədər xidmətlərini dayandırıb. ABŞ vətəndaşları internet kəsintilərinin davam edəcəyini gözləməli, alternativ rabitə vasitələri planlaşdırmalı və təhlükəsiz olduğu təqdirdə İrandan quru yolu ilə Ermənistana və ya Türkiyəyə getməyi düşünməlidirlər. ABŞ-İran ikili vətəndaşlığı olan şəxslər İran pasportları ilə İrandan çıxmalıdırlar. İran hökuməti ikili vətəndaşlığı tanımır və ABŞ-İran ikili vətəndaşlığı olan şəxsləri yalnız İran vətəndaşları hesab edir” – deyəvABŞ-ın İrandakı virtual səfirliyinin bəyanatında bildirilir.
Bundan əvvəl Ağ Evin sözçüsü Karolin Livitt prezident Donald Trampın İran məsələsində diplomatiyaya üstünlük verdiyini, lakin hərbi güc tətbiqini də həmişə müzakirə masasında saxladığını bildirmişdi.
TAHİR