İranda 28 dekabrda iqtisadi problemlərə görə başlayan və sonra hökumət əleyhinə etirazlara çevrilən kütləvi nümayişlər davam edir. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı da artır.
ABŞ-da yerləşən vətəndaş cəmiyyəti təşkilatı olan İranda İnsan Hüquqları Aktivistləri (HRA) etirazlarda ölənlərin sayı ilə bağlı son məlumatları paylaşıb.
HRA-nın açıqlamasında etirazlarda həyatını itirənlərin sayının ən azı 646-ya çatdığı bildirilib. Bildirilir ki, 9-u uşaq 505 etirazçı, 133 əsgər və hüquq-mühafizə orqanı işçisi, etirazlarda iştirak etməyən 7 mülki şəxs və 1 prokuror öldürülüb. Bəzi ölüm hallarının araşdırıldığı bildirilən açıqlamada, "HRA-ya hələ də yoxlama mərhələsində olan daha 579 ölüm xəbəri daxil olduğu" qeyd edilib.
Nümayişlər zamanı həbs olunanların sayının 10.721-ə çatdığı bildirilir: "İranın 187 şəhərində 606 yerə yayılan etirazlar, rabitə əlaqəsinin tam kəsilməsinə baxmayaraq davam edir".
TAHİR