Medvedev Trampı Qrenlandiya Rusiyanın bir hissəsinə çevrilmədən tələsməyə çağırıb. Deyib ki, ABŞ prezidenti Donald Tramp ada sakinlərinin Rusiyaya birləşmək üçün səs verməsindən əvvəl Qrenlandiya ilə bağlı qərarı tez bir zamanda verməlidir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev istehzalı şəkildə bildirib.
"Təsdiqlənməmiş məlumata görə, bir neçə gün ərzində gözlənilməz referendum keçirilə bilər və bu zaman 55.000 Qrenlandiya sakini Rusiyaya birləşmək üçün səs verə bilər. Vəssalam! Bayraqda yeni ulduzlar olmayacaq", - deyə Medvedev "Max"da yazıb.
Dmitri Medvedev əlavə edib ki, ada üzərində nəzarəti ələ keçirdikdən sonra Donald Tramp yeni bir vəzifə - Qrenlandiyanın müvəqqəti prezidenti vəzifəsini tutacaq. Bu, Trampın "Truth Social"da özünü "Venesuelanın müvəqqəti prezidenti" kimi təsvir etməsinə bənzəyir.
Qeyd edək ki, Donald Tramp dəfələrlə ABŞ-ın Qrenlandiyanı əldə etmək istəyini ifadə edib və Ağ Ev bu ciddiliyi təsdiqləyib. Onun sözlərinə görə, bu, milli təhlükəsizlik səbəbləri üçün lazımdır. Bundan əlavə, Amerika prezidenti əmindir ki, əks halda Rusiya və ya Çin adaya iddia edəcək.
Elə Medvedyev də əslində buna işarə edir.
SAMİRƏ