İqtisadi problemlər üzündən küçələrə çıxan İran xalqı 15 gündür etirazlarını davam etdirir. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində toqquşmalara çevrilən etirazlarda ölənlərin sayı 544-ə çatıb.
Prezident Donald Trampın ABŞ-ın yaxından izlədiyi hadisələrdə insan itkisinə diqqət çəkərək təhdidlər yağdırmasının ardından, bu dəfə Respublikaçı senator Lindsi Qrem Trampa qorxunc çağırış edib.
Senator Qrem prezident Trampı İran rəhbərliyini hədəf almağa çağırıb və belə bir hərəkətin etirazçıları cəsarətləndirəcəyini və nə qədər maraqlı da olsa bunun Yaxın Şərqdə sülhə gətirib çıxaracağını iddia edib. "Cənab Prezident, görəcəyimiz hər hansı bir tədbir etirazçıları cəsarətləndirəcək və rejimi çox qorxudacaq. Mən sənin yerində olsaydım, xalqını öldürən rəhbərliyi öldürərdim. Buna bir son qoymalısınız" – deyə Qrem bildirib.
TAHİR