İranda iqtisadi problemlərlə bağlı başlayan və hökumət əleyhinə böyük nümayişlərə çevrilən etirazların davam etdiyi bir vaxtda, ABŞ-da diqqət çəkən bir iddia ortaya atılıb.
Adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən, prezident Trampın son günlərdə müxtəlif müdaxilə planları haqqında məlumatlandırıldığı bildirilən xəbərlərdə, ABŞ-ın birbaşa hərbi qüvvələrdən istifadə etməyəcəyi variantlarının da müzakirə olunduğu bildirilir.
Trampın hələ İrana müdaxilə ilə bağlı yekun qərar vermədiyi ifadə edilən xəbərlərdə, onun İran etirazlarında artan ölüm sayı səbəbindən ciddi şəkildə hərəkətə keçməyi düşündüyü iddia edilir.
Tramp iki gün əvvəl İranın azadlığa əvvəlkindən daha çox yaxın olduğunu bildirib və ABŞ-ın kömək etməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli Tasnim Xəbər Agentliyi İsfahan əyalətindəki etirazlar zamanı 30 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib və bununla da ölkə daxilində etirazlarda ölən təhlükəsizlik işçilərinin ümumi sayı 109-a çatıb.
ABŞ-da yerləşən İranda İnsan Haqları Fəalları (HRA) isə iddia edir ki, indiyə qədər etirazlarda 8-i uşaq olmaqla ən azı 420 nəfər ölüb.
TAHİR