Vladimir Putinin qızı Mariya Vorontsova Lomonosov adına Moskva Dövlət Universitetinin Tibbi Tədqiqat və Təhsil İnstitutunun (MREI) direktoru təyin edilib. Bu barədə MREI-nin bir hissəsi olan Moskva Dövlət Universitetinin Fundamental Tibb Fakültəsinin saytında məlumat verilib. MREI-yə həmçinin Regenerativ Tibb Mərkəzi və Universitet Klinikasını da daxil edir.
Endokrinoloq olan Mariya Vorontsova Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsini bitirib. Daha sonra Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzində rezidentura və aspirantura təhsilini başa vurub. 2017-ci ildə Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Tədqiqat Mərkəzində (ERC) hipofiz cırtdanlığı olan uşaqların müalicəsi üzrə doktorluq dissertasiyasını müdafiə edib. Daha sonra tədqiqat müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ilin aprel ayında Mariya Vorontsova Genetik Texnologiyaların İnkişafı üzrə Federal Elmi və Texniki Proqramın həyata keçirilməsi üzrə şuraya təyin edilib. 2022-ci ildə Moskva Dövlət Universitetinin Fundamental Tibb Fakültəsinin dekan müavini olub, 2023-cü ildə isə Moskva Tibbi Genetiklər Cəmiyyətinin idarə heyətinə qoşulub.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra o və bacısı Katerina Tixonova Avropa Birliyi, ABŞ və bir sıra digər ölkələr tərəfindən sanksiyalara məruz qalıblar. Korrupsiyaya Qarşı Mübarizə Fondu Vorontsovanın direktorlar şurasında çalışdığı və beş həmtəsisçidən biri olduğu Yeni Tibbi Şirkətdən (NOMEKO) milyonlarla ödəniş aldığını aşkarlayıb. Proekt-in məlumatına görə, NOMEKO-nun iş sahələrinə Vorontsovanın atası Vladimir Putinin, çox güman ki, həvəslə maraqlandığı qabaqcıl genetik texnologiyalar və qocalma əleyhinə tədqiqatlar daxildir.
SAMİRƏ