Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, o, Vladimir Putini oğurlayaraq onu müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edərdi.
Hili, Rusiyanın Ukraynaya intensiv raket və pilotsuz təyyarə hücumlarından bir neçə saat sonra Kiyevə gəlib. Dağıdılmış yaşayış binasına baxış keçirən Hili, “Kiyev İndependent” qəzetinə deyib ki, əgər dünya liderini qaçırmaq seçimim olsaydı, Putini saxlayar və müharibə cinayətlərinə görə mühakimə edərdim.
Britaniyalı nazir Rusiya ordusunun mülki şəxsləri, şəhərləri və həyati əhəmiyyətli infrastrukturu hədəf aldığını söyləyib. "Bu müharibə dayandırılmalıdır. Putin dayandırılmalıdır".
O, Britaniyanın Ukraynanın mübarizəsini dəstəkləməyə davam edəcəyini bir da vurğulayıb. Hili Kiyevdə Ukrayna lideri Zelenski ilə görüşü zamanı Britaniyanın qoşunlarını potensial sülhməramlı missiyaya hazırlamaq üçün 200 milyon funt sterlinq ayıracağı deyib.
O, Putinə qarşı müharibə cinayətləri ittihamları arasında Buçada mülki şəxslərin ölümünü və ukraynalı uşaqların Rusiyaya zorla qaçırılmasını xatırladıb.
Beynəlxalq Cinayət Məhkəməsi bu işlə əlaqədar 2023-cü ildə Putin haqqında həbs qərarı çıxarıb.
TAHİR