Tehrandan İrəvana və əks istiqamətdə uçuşlar dünən ləğv edilib. Ermənistan mediası bu barədə "Zvartnots" hava limanındakı onlayn uçuş cədvəlinə istinadən məlumat yayıb.
Reyslərin ləğv edilməsinin səbəb açıqlanmır.
Xatırladaq ki, ötən ilin dekabr 28-də Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən başlayan etirazlar İranın bir çox şəhərinə yayılıb. Tehran-İrəvan reysləri etiraz aksiyalarının fonunda ləğv edilib.
Onu da qeyd edək ki, bir çox aviaşirkət etiraz aksiyalarına görə İrana uçuşları dayandırıb.
TAHİR