Benjamin Netanyahu növbəti 10 il ərzində ABŞ-ın hərbi dəstəyinə tamamilə son qoyacağını açıqlayıb. İsrail Baş naziri bildirib ki, ölkəsi iqtisadi artım fonunda silahla özünü təmin etməyə qadirdir.
Ölkə hakimiyyətinin növbəti 10 il ərzində Amerika silahlarının alınmasını sıfıra endirməyi planlaşdırdığını bildirən Netanyahu qeyd edib ki, İsrail ABŞ-dan təxminən 4 milyard dollar dəyərində hərbi yardım alır.
İsrail Baş naziri qərarının səbəbi kimi yəhudi dövlətinin artan iqtisadi potensialını göstərib. Netanyahunun sözlərinə görə, ölkə iqtisadiyyatı növbəti 10 ildə 1 trilyon dollara çatacaq.
SAMİRƏ