Ukrayna hökuməti Kirovoqrad bölgəsindəki “Dobra” litium yatağının işlənməsini ABŞ prezidenti Donald Trampla əlaqəli investorlara verib.
"New York Times" qəzetinin məlumatına görə, tenderdə İrlandiyanın “TechMet” şirkətinin rəhbərlik etdiyi konsorsium qalib gəlib. Konsorsiuma kosmetika şirkəti “Estée Lauder”in varisi, Trampın uzun müddətdir dostu olan milyarder Ronald Lauder (Trampla birlikdə şəkildə) və ən böyük səhmdarı ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası olan enerji şirkəti “TechMet” daxildir.
Qeyd olunur ki, Lauder tələbəlik illərindən bəri Trampla dostdur və Qrenlandiyanı almaq ideyasını da əvvəllər Trampa o irəli sürüb. Lauder həmçinin Respublikaçılar Partiyasının donoru olub.
Müqavilə Ukrayna Nazirlər Kabineti tərəfindən rəsmi olaraq təqsdiqlənməlidir, lakin rəsmi şəxslər tərəfindən faktiki olaraq razılaşma əldə edildiyi bildirilir.
Hökumət qalib təklifin həm texniki, həm də maliyyə meyarlarına görə rəqiblərini üstələdiyini bildirərək, tərəfdarlıq iddialarını rədd edir.
“Dobra” Ukraynadakı ən böyük litium yataqlarından biridir. Litium, elektrik batareyaları kimi texnologiyaların əsas komponentidir.
Ukraynanın Baş naziri Yuliya Sviridenko 2025-ci ilin avqust ayında litium yatağı üçün beynəlxalq tender prosesinə başladığını elan etmişdi. Avropanın batareya istehsalı üçün vacib xammal mənbəyi olan Dobra yatağının işlənməsi Ukraynanın enerji keçid strategiyasında əhəmiyyətli bir addım kimi dəyərləndirilir.
TAHİR