Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa liderlərini "Oreshnik" raketi ilə hədələyib.
Sosial media paylaşımında Avropa liderlərini sərt sözlərlə tənqid edən Medvedev, Rusiyanın Ukraynada Avropa və ya NATO qoşunlarını heç vaxt qəbul etməyəcəyini bildirib.
Medvedev birbaşa Fransa prezidenti Makronu hədəfə alıb və Avropanın müharibəni qızışdırdığını iddia edib. Rusiyanın yeni nəsil "Oreshnik" raketi ilə gizli təhdid mesajları verən Medvedev açıqlamasında, Avropa siyasi liderlərini ağır sözlərlə təhqir edib: "Avropada hakimiyyətdə olan axmaqlar açıq şəkildə Avropada müharibə istəyirlər. Min dəfə deyildi: Rusiya Ukraynadakı heç bir Avropa və ya NATO qoşununu qəbul etməyəcək. Amma yox, Makron bu cəfəngiyatı davam etdirir. Yaxşı, onda. Alacağınız şey budur".
TAHİR