Fransa bir neçə ay əvvəl qurulan yeni hökuməti də istefaya göndərilə bilər. Ölkədə 15-22 mart tarixlərində keçirilməsi planlaşdırılan bələdiyyə seçkiləri ilə eyni vaxtda erkən ümumi seçkilərin keçirilməsi ehtimalı ortaya çıxıb.
Hakim partiyadan adı açıqlanmayan bir mənbə bildirib ki, baş nazir Lekornu daxili işlər naziri Loran Nunezə bələdiyyə seçkiləri ilə eyni vaxta təsadüf edən mümkün ümumi seçkilərə hazırlaşmağı tapşırıb. Eyni mənbə qeyd edib ki, müxalifət tərəfindən təqdim edilən etimadsızlıq təklifləri səbəbindən hökumət iflasa uğrayarsa, parlament buraxılacaq.
Müxalifət partiyaları olan "Əyilməz Fransa" (LFI) və "Milli Birlik" (RN) parlamentə Lekornu hökumətinə qarşı etimadsızlıq təklifləri təqdim ediblər. Bu təkliflərin gələn həftə parlamentin plenar iclasında səsə qoyulması gözlənilir.
LFI Qrup liderinin müavini Matilda Panot Fransanın beynəlxalq səviyyədə alçaldıldığını və Lekornun və prezident Makronun istefa verməli olduğunu iddia edib.
Fransada son illərdə etimadsızlıq səsvrməsi ilə iki hökumət istefaya göndərilib. Keçmiş Baş nazir Mişel Barnyerin hökuməti 4 dekabr 2024-cü ildə, keçmiş Baş nazir Fransua Bayrunun hökuməti isə 8 sentyabr 2025-ci ildə süqut edib.
TAHİR