ABŞ prezidenti Donald Tramp bildirib ki, Madurodan sonra Putinə qarşı da bənzər əməliyyat planlaşdırmır.
Jurnalistin "Belə bir əməliyyatın mümkünlüyünü nəzərdən keçirirsinizmi?" sualına Tramp "Düşünmürəm ki, buna ehtiyac olsun" cavabını verib.
Tramp həmçinin Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.
“Onunla həmişə əla münasibətim olub. Çox məyus oldum. Səkkiz müharibəni həll etdim. Düşünürdüm ki, bu, ən asan müharibələrdən biri olacaq. Ötən ay onlar, o cümlədən çoxlu rus əsgəri də daxil olmaqla, 31.000 nəfər itirdilər. Rusiyanın iqtisadiyyatı pis vəziyyətdədir. Düşünürəm ki, axırda bunu həll edəcəyik. İstərdim ki, bunu daha tez həll edək, çünki çox insan ölür və əsasən əsgərlər. Bildiyiniz kimi, Prezident Bayden Ukraynaya döyüşmək üçün 350 milyard dollar verdi və biz bu vəsaiti heç vaxt geri ala bilməyəcəkdik, amma mən onu geri almaq üçün bir razılaşma bağladım, ona görə də bu vəsaiti geri qaytaracağıq, amma Bayden bunu etməməli idi. Bu, pis idi”, – deyə Tramp bildirib.
TAHİR