İranda etiraz aksiyaları davam edir. 28 dekabrda başlayan etirazlar ikinci günündə nəzarətdən çıxıb. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verir. Tehranda və bir çox şəhərdə məscidlər, banklar və dövlət binaları yandırılıb. Rəsmi mənbələrə görə, 30-dan çox məscid yandırılıb və 65-dən çox insan həlak olub.
Tehranın qərbindəki Kərəcdə etirazçılar bələdiyyə binasını yandırıblar. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında şiddətli toqquşmalar baş verib.
Tehranın Səadət Abad rayonunda böyük bir qrupun məscidi yandırması görüntüləri paylaşılıb. Etirazçılar tərəfindən magistral yollar tamamilə bağlanıb.
Tehran meri Əliresa Sakani bildirib ki, hadisələr zamanı 50-dən çox bank və çoxsaylı dövlət qurumları yandırılıb.
İsfahanda dövlət televiziyasının regional studiyasının girişi və Markasi əyalətinin paytaxtı Şasənddəki qubernatorluq binası yandırılıb.
Tehranda tələbələr şəhərin hər yerində fövqəladə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildiriblər. Tələbə qəzeti "Əmirkabir"in məlumatına görə, əsas yollarda hər on metrdən bir Kalaşnikov avtomatları daşıyan özəl təhlükəsizlik bölmələri yerləşdirilib.
TAHİR