Fransa və Britaniya Ukraynaya ümumilikdə 15 minə qədər əsgər göndərməyi planlaşdırır. “The Times” qəzeti mənbələrə istinad yazır ki, qoşunların əsas vəzifələrinə texniki avadanlıqların saxlanması, Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək və müdafiə infrastrukturunun qurulması daxil olacaq.
Bildirilir ki, Britaniya Ukraynaya təxminən 7500 əsgər göndərəcək.
Fransa Prezidenti Makron, Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Zelenski 6 yanvarda hərbi əməliyyatların bitməsindən sonra hər iki ölkədən qoşunların Ukraynaya yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar. Bu sənəd milli parlamentlər tərəfindən də təsdiqlənəcək.
Elə həmin gün Starmer Ukrayna ərazisində Fransa və Britaniya hərbi bazalarının tikiləcəyini və ölkəyə koalisiya qüvvələrinin yerləşdiriləcəyini elan edib.
TAHİR