X sosial media platforması, bir istifadəçinin xahişi ilə veb versiyasındakı İran bayrağını 1979-cu il inqilabından əvvəl istifadə edilən bayraqla əvəzləyib.
İstifadəçinin tələbinə reaksiya verən X platformasının məhsul meneceri Nikita Bier mövcud İran bayrağının 1979-cu il inqilabından əvvəl istifadə edilən üzərində "Aslan və Günəş"in əks olunduğu bayrala dəyişdiriləcəyini bildirib.
Bu cavabdan bir neçə saat sonra İran bayrağı platformanın veb versiyasında yenilənib.
İranda, ötən ilin dekabr 28-də Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.
TAHİR