ABŞ Prezidenti Tramp Ağ Evdə neft şirkətləri rəhbərləri ilə görüşdən növbəti dəfə İran xəbərdarlıq edib.
"İran başı böyük dərddədir. Mənə elə gəlir ki, xalq bəzi şəhərləri ələ keçirir. bir neçə həftə əvvəl heç kim bunun mümkün olduğunu düşünməzdi. Vəziyyəti çox diqqətlə izləyirik" – deyə Tramp bildirib.
İrandakı etirazçıların təhlükəsizlikdə olmasını istədiklərini bildirən Tramp "İran liderlərinə deyirəm, atəş açmasanız yaxşı olar, çünki biz də atəş açmağa başlayacağıq" deyib.
ABŞ Prezidenti bir məsələyə də aydınlıq gətirib. Bildirib ki, onun "İrana zərbə endirə bilərik" ifadəsi Amerika əsgərlərinin bu ölkəyə ayaq basacağını nəzərdə tutmur, etirazçılara atəş açılacağı halda bəzi tədbir görəcəklər…
TAHİR