Kubanın xarici işlər naziri Bruno Rodrigez ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra ölkəsini hədəf alan təhdidlərlə bağlı verdiyi açıqlamada Kubanın "satılıq olmadığını" bildirib. Rodrigez ABŞ-da yerləşən X şirkətinin sosial media platforması hesabında paylaşım edərək, ölkəsinə mümkün ABŞ hərbi müdaxiləsinə sərt reaksiya verib.
Kuba ərazisinin satılmadığını vurğulayan Rodrigez "Biz kubalılar ölkəni satmağa, təhdidlər və şantaj qarşısında geri çəkilməyə və ya dünya ilə sülh içində öz taleyimizi qurmaq üçün ayrılmaz hüququmuzdan imtina etməyə hazır deyilik" deyib.
ABŞ-ın Kubaya mümkün hərbi müdaxiləsinə toxunan Rodrigez bildirib ki, "Biz Kubanı müdafiə edəcəyik. Bizi tanıyan hər kəs bunun qəti, qəti və sübut olunmuş bir öhdəlik olduğunu bilir. ABŞ öz iradəsini suveren dövlətlərin hüquqlarına tətbiq etmək istəyir".
Rodrigez ABŞ-ın 67 ildir Kubaya qarşı güc və təcavüz tətbiq etdiyini iddia edərək əlavə edib: "Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik. Bolivar və Çavista inqilabları, eləcə də Kuba inqilabı öz taleyində və ortaq mübarizələrində Amerika xalqlarının azadlığı üçün bir nümunə olacaq".
SAMİRƏ