Bloomberg agentliyinin məlumatına görə, Türkiyə hakimiyyəti ölkənin silahlı qüvvələrini Səudiyyə Ərəbistanı və Pakistan arasında hərbi ittifaqa qoşmağı düşünür. Bu ittifaq NATO-ya bənzər bir hərbi blok olmağı hədəfləyir.
Agentlik qeyd edir ki, belə bir ittifaq yaradılarsa, dünyanın ən zəngin ölkəsi olan Səudiyyə Ərəbistanı ilə nüvə silahına malik Pakistanın birliyi həm Yaxın Şərqdə, həm də ondan kənarda güc balansını kökündən dəyişə bilər.
Səudiyyə Ərəbistanı və Pakistan arasında artıq 2025-ci ilin sentyabr ayında imzalanmış müqavilə qüvvədədir və bu müqaviləyə əsasən, alyansın bir üzvünə qarşı hər hansı bir təcavüz bütün üzvlərə hücum kimi qəbul ediləcək.
Xəbərə görə, Türkiyə ilə danışıqlar da müsbət istiqamətdə gedir və yaxın gələcəkdə Türkiyənin də yeni müdafiə alyansının üzvü olması mümkündür.
SAMİRƏ