İranın bir çox şəhərinə yayılan kütləvi etirazlar ölkədəki həyatı iflic edib. Tehran prokuroru Əli Salehi vətəndaşları çölə çıxmamaq barədə xəbərdar edib.
İran dövlət televiziyasının məlumatına görə, Salehi, xüsusən də paytaxtda küçələrin təhlükəli olduğuna diqqət çəkərək deyib: "Düşmənin muzdluları nümayişlərdə iştirak edənləri öldürür. Çölə çıxmayın".
Salehi etirazlarda iştirak edən hər kəsə qarşı tədbir görüləcəyini bildirib və əlavə edib ki, soyuq silah (kəsici və deşici alətlər) daşıyanlara odlu silah daşıyanlarla eyni münasibət göstəriləcək.
TAHİR