Fotoda gördüyünüz əzəmətli və ekzotik bina Venesuelanın paytaxtı Karakasın hər yerindən görünür.Bu cür yaraşıqlı və görkəmli binanın bir incəsənət əsəri kimi dəyərləndirilməli olduğu halda, niyə həbsxanaya çevrildiyi maraqlıdır.
50-ci illərin əvvəllərində Venesuelada diktator Ximenes hakimiyyətə gələndən sonra özünü və ölkəsini dünyaya çox sivil ölkə kimi təqim etmək üçün bu binanı əyləncə mərkəzi kimi tikdirməyə başlayıb.Layihəyə görə binanın bütün mərtəbələrinə qalxan avtomobildən düşmədən alış- veriş etməyin mümkünlüyü nəzərdə tutulurmuş...Lakin Allah heç də həmişə diktatorların saydığını saymır.1958- ci ildə hərbçilər Ximenesi hakimiyyətdən devirdilər və Əyləncə mərkəzi yarımçıq qaldı.Uqo Çaves hakimiyyətə gələndən sonra yarımçıq binanı əvvəlcə Milli Kəşfiyyatın ofisinə, sonra isə siyasi məhbuslar üçün həbsxanaya çevirdi - Qelikoid həbsxanası...
Zahirən nə qədər yaraşıqlı olsa da, mahiyyətcə Bəşər Əsədin Sednaya, ABŞ- ın Quantanamo həbsxanası kimi dəhşətli olduğu deyilir.
Bu günlərdə 300 - dən çox siyasi məhbus bu dəhşətli həbsxanadan buraxılıb.
Həbsxananın keçmiş nəzarətçilərindən biri deyib- " burada bəzi siyasi məhbusları dəli olana qədər gözləri bağlı saxlayırdıq"...
Həbsxanadan buraxılanların əksəriyyəti Maduronun son saxta seçkisinə qarşı çıxan müxalifətçilər olub.
Namiq Quliyev