Qara dənizdə Türkiyənin Kastamonu sahillərində Palau bayrağı altında üzən "Elbus" neft tankerinə dron hücumu olub. Hadisə, tanker İnebolu Limanından təxminən 50 kilometr aralıda üzərkən baş verib.
Ukrayna xəbər saytlarının məlumatına görə, dron hücumu zamanı heç bir heyət üzvü xəsarət almayıb və ya həlak olmayıb.
Zədələnmiş tanker təhlükəsizlik tədbiri olaraq yedək gəmisi ilə İnebolu Limanına aparılıb.
Beynəlxalq mediada yayılan məlumatlara görə, hücuma məruz qalan tanker, Qərb sanksiyalarından yayınmaq üçün yaradıldığı iddia edilən "kölgə donanması" adlanan donanmanın bir hissəsidir və Rusiya ilə əlaqələri var.
Bəzi mənbələr hücumun Ukrayna tərəfindən təşkil edildiyini iddia edirlər. Lakin Ukrayna bu cür hücumları rəsmi olaraq qəbul etmir.
NAHİD