ABŞ prezidenti Donald Tramp və Venesuela müxalifət lideri Mariya Korina Maçado gələn həftə Vaşinqtonda görüşəcəklər. Tramp bu barədə Fox News-un Venesuelaya hansı müddətə nəzarət etməyi planlaşdırdığı ilə bağlı suala cavab verərkən deyib.
Qeyd edək ki, Maçado Nobel Sülh Mükafatını Trampa təhvil verməyə hazır olduğunu bildirib. O deyib ki, Ağ Ev rəhbəri "əksəriyyətin qeyri-mümkün hesab etdiyini" yerinə yetirdi.
Söhbət ABŞ qüvvələrinin Venesuelanın bir neçə şəhərinə hücum etməsi və prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirdiyi əməliyyatdan gedir.
"Bu, Venesuela xalqının mükafatı olduğundan, biz onu mütləq Trampa təqdim etmək və onunla bölüşmək istəyirik", - Maçado deyib.
Məsələ burasındadır ki, ABŞ-ın Venesueladakı əməliyyatından qısa müddət sonra Tramp Maçadonun liderlik keyfiyyətlərini açıq şəkildə şübhə altına aldı və onu ölkəyə rəhbərlik etmək üçün lazımi bacarıqlara malik olmayan biri kimi təsvir etdi.
Görünür, Maçado Trampı Sülh Mükafatı ilə “yola gətirməyi” düşünür.
SAMİRƏ