Venesuela daxili işlər naziri Diosdado Kabello, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi nəticəsində ölənlərin sayının 100-ə çatdığını açıqlayıb. ABŞ-ın basqını zamanı prezident Maduro və həyat yoldaşı Siliya Floresə qarşı fiziki güc iddialarından da danışan Kabello, Floresin başından, Maduronun isə ayağından yaralandığını təsdiqləyib.
"Ölkəmizə edilən hücum dəhşətli idi, bu doğrudur, bu bir faktdır və heç kim bunu gizlədə bilməz. İndiyə qədər 100 nəfər ölüb, eyni sayda yaralı var” – deyə Kabello bildirib.
Kabello ABŞ-ın müdaxiləsi zamanı həlak olan kubalılara da toxunub: "Silahlı Qüvvələrdə yoldaşlarımız, Venesueladakı kubalı qardaşlarımız, polis işçiləri, evlərində yatarkən qəfil hücuma məruz qalıb öldürülüblər".
TAHİR