ABŞ-ın İraqa hücumundan bir gün əvvəl Putin və Buş arasında “məxfi” qrifi altında saxlanan mübahisənin detalları açıqlanıb.
Bildirilir ki, ABŞ-ın 43-cü prezidenti Corc Buş 2003-cü ildə İraqa qarşı "İraq Azadlığı Əməliyyatı" başlamazdan dərhal əvvəl Vladimir Putinə zəng edib. İki lider ortaq bir anlaşmaya gələ bilməyiblər, lakin ikitərəfli münasibətləri qorumağa çalışıblar və Rusiya prezidenti "biz qanunu güc qanunu ilə əvəz edə bilmərik" deyib.
Söhbət 18 mart 2003-cü ildə baş tutub və ABŞ və müttəfiqləri 20 martda İraqa hücum ediblər.
Bu, Milli Təhlükəsizlik Arxivi tərəfindən açıqlanan ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədləri ilə sübut olunur.
Xatırladaq ki, İraq Azadlığı əməliyyatı 20 mart 2003-cü ildə Bağdada və digər hədəflərə kütləvi hava hücumları ilə başlayıb. Daha sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya quru qüvvələri Küveytdən cənubi və mərkəzi İraqa hücum edib. Göstərilən məqsədlərə Səddam Hüseyn rejiminin devrilməsi, kütləvi qırğın silahları şübhəlilərinin məhv edilməsi və İraq xalqının "azadlığı" daxil idi.
SAMİRƏ