ABŞ Prezidenti Donald Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı memorandum imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidməti X sosial media platformasında məlumat verib.
Bu təşkilatlardan otuz biri BMT agentlikləridir. Bəyanatda onların "artıq Amerika maraqlarına xidmət etmədiyi" bildirilib.
Ağ Ev bildirib ki, prezident administrasiyası bu qərarı ölkənin tərəfdarı olduğu və ya fondları olduğu bütün beynəlxalq təşkilatları, konvensiyaları və müqavilələri nəzərdən keçirdikdən sonra verib. NewsMax xəbər verir ki, yoxlanılan təşkilatların çoxu ABŞ-ın suverenliyinə və iqtisadi gücünə zidd olan "radikal iqlim siyasətini, qlobal idarəetməni və ideoloji gündəliyi" təbliğ edir.
Qeyd edək ki, Tramp daha öncə ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən, BMT İnsan Hüquqları Şurasından çıxması və Yaxın Şərqdə Fələstin Qaçqınları üçün Birləşmiş Millətlər Təşkilatının Yardım və İş Agentliyinin (UNRWA) maliyyələşdirilməsini qadağan edən icra sərəncamları imzalayıb.
SAMİRƏ