Böyük Britaniyanın Baş naziri Kir Starmer, atəşkəsdən sonra Britaniya və Fransanın Ukrayna ərazisində hərbi bazalar quracağını açıqlayıb.
Starmerin Parisdə keçirilən "Könüllülər Koalisiyası" sammitindən sonra verdiyi açıqlama, Qərb müttəfiqlərinin Ukraynaya uzunmüddətli hərbi öhdəliklərinə konkret və mübahisəli bir ölçü gətirir.
Starmer, "atəşkəsdən sonra Britaniya və Fransanın Ukrayna boyunca hərbi mərkəzlər quracağını" və bu mərkəzlərə silah və hərbi texnikanın saxlanması üçün möhkəmləndirilmiş obyektlərin də daxil olacağını bildirib.
Baş nazir Böyük Britaniya, Fransa və koalisiya tərəfdaşlarının ABŞ-ın rəhbərlik etdiyi atəşkəs monitorinqi və yoxlama mexanizmində iştirak etmək barədə razılığa gəldiyini açıqlayıb. O, həmçinin tərəflərin Ukraynaya uzunmüddətli silah tədarükünü davam etdirmək və gələcəkdə mümkün Rusiya hücumuna qarşı Ukraynaya dəstək vermək öhdəlikləri üzərində işləmək barədə razılığa gəldiyini bildirib.
TAHİR