Vaşinqton administrasiyası ilə Venesueladakı müvəqqəti hakimiyyət orqanları arasında neft nəqli ilə bağlı yeni bir addım atılıb.
ABŞ Prezidenti Donald Tramp Venesueladakı müvəqqəti hökumətin ABŞ-a 30-50 milyon barel arasında yüksək keyfiyyətli, sanksiyalı neft köçürəcəyini açıqlayıb.
Prezident Trampın sosial mediada verdiyi açıqlamaya görə, neft bazar qiymətinə satılacaq. Satışdan əldə edilən gəlir həm Venesuela, həm də Amerika xalqına fayda gətirməsini təmin etmək üçün birbaş Trampın özü tərəfindən idarə olunacaq.
Tramp bu planı dərhal həyata keçirməsi üçün ABŞ-ın energetika naziri Kris Rayta tapşırıq verdiyini bildirib. Plana əsasən, neft saxlama gəmiləri vasitəsilə toplanacaq və birbaşa ABŞ-dakı limanlara aparılacaq.
O da bildirilir ki, Venesuelanın keçid hökuməti Asiya ölkələrinə neft nəqlini dayandırıb.
ABŞ-ın “Chevron” şirkəti ABŞ-a ixracı bərpa edib. Korporasiya Venesuela xam neftini davamlı olaraq daşıyan yeganə şirkətdir.
TAHİR