İrəvandakı qədim Azərbaycanın dini-memarlıq abidəsi olan Göy məsciddə SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin ölümünün ildönümü münasibəti ilə “Qəlblərin generalı” adlı fotosərgi təşkil olunub.
Məlumata görə, tədbirdə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami, səfirliyin əməkdaşları, İrəvanda yaşayan bir qrup iranlı və bəzi iranşünaslar iştirak ediblər.
Sərginin açılışında çıxış edən İran səfiri bildirib ki, Qasım Süleymani yalnız hərbi komandir olmayıb, eyni zamanda “məzlumları dəstəkləməyin və terrorçuluğa qarşı mübarizənin simvolu” kimi sayılır.
Tədbir çərçivəsində İrəvandakı Şəhid Fəhmide məktəbinin şagirdləri tərəfindən Qasım Süleymani mövzusunda yazılmış esselər üzrə qaliblərə mükafatlar da təqdim edilib. Məlumatı ISNA-ya istinadən Azad İran Teleqram kanalı yayıb.
İradə SARIYEVA