ABŞ-ın Venesuelaya hərbi hücumunun nəticələri davam etdikcə, Nyu-York şəhərində minlərlə insan müharibə əleyhinə etiraz aksiyası keçirib.
Şəhərin insanların ən sıx olduğu Times Meydanında toplaşan izdiham ABŞ-ın Venesuelaya qarşı siyasətini qətiyyətlə pisləyib. ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatından sonra müharibə əleyhinə qruplar ölkə daxilində etiraz aksiyalarına çağırıblar. Nyu-York nümayişi iştirak baxımından ən böyük nümayişlərdən biri kimi diqqət çəkib. Müxtəlif etnik qruplar, həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti təşkilatları da aksiyaya qatılıblar.
Nyu-York şəhərindəki Times Meydanında toplaşan etirazçılar minlərlə insan əllərində pankart tutaraq meydana toplaşıb və çıxışlardan sonra Manhetten küçələrində yürüş ediblər. İzdiham ABŞ-ın Venesuelaya hərbi təzyiqinə son qoyulmasını tələb edib. Yürüş boyu etirazçılar "ABŞ, əllərini Venesueladan çək", "Neft uğrunda mübarizə aparma" və "Venesuelada müharibə istəmirik" kimi şüarlar səsləndiriblər. ABŞ prezidenti Donald Trampı hədəf alan "Tramp istefa ver" və "Tramp, getməlisən" kimi pankartlar da diqqəti cəlb edib. Etirazçılar müharibənin iqtisadi qazanc üçün aparıldığını iddia ediblər. Times Meydanında başlayan yürüş Manhettenin əsas küçələrində davam edib.
İradə SARIYEVA