Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyata bənzər bir əməliyyatın Ukraynada da təkrarlana biləcəyini bildirib.
O, bunun üçün "daha çox səbəb" olduğunu iddia edib.
"Ukraynada qanuni hökumət və prezident yoxdur; onların vəzifədən kənarlaşdırılması çox yaxın gələcəyin məsələsidir. Hadisələri əvvəlcədən dəyərləndirməyək, amma hər şey mümkündür"- deyə Medvedev TASS-a verdiyi açıqlamasında bildirib.
Medvedev ABŞ-ın Nikolas Maduronu ələ keçirməsinin "presedent" yaratdığını bildirib və bunun Ukraynaya da tətbiq oluna biləcəyini iddia edib: "Bu dəfə səbəblər daha böyükdür".
TAHİR