Bu gün paylaşılan görüntülərdə Tehranın mərkəzində küçəsində etirazçıların İslam Respublikasına qarşı şüarlar səsləndirdiyi görünür.
Görüntülərdə insanların küçələrdə toplaşdığı, etiraz aksiyasının genişləndiyi əks olunub. Azad İran Teleqram kanalı "Independent Persian"a istinadən yaydığı məlumata görə, videolardan birində etirazçıların “Bu il qan ilidir, Xameneyi devriləcək” şüarları səsləndirdiyi eşidilir.
Məlumata görə, Tehranın mərkəzində keçirilən kütləvi nümayişlər zamanı satıcılar və etirazçılar repressiv qüvvələrlə toqquşub.
Görüntülərdə insanların qışqırıq səsləri, avtomobillərin fasiləsiz siqnalları, habelə, gözyaşardıcı qazın atıldığı anlar açıq şəkildə hiss olunur.
İRADƏ