ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Mar-a-Laqoda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Venesuela lideri Nikolas Maduro və həyat yoldaşını ələ keçirmək üçün “Mütləq Qətiyyət” adlı əməliyyatını aylar əvvəl planlaşdırıb.
ABŞ-nin Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin sözlərinə görə, əməliyyat məxfi və dəqiq olub, 150 təyyarə cəlb edilib və Tramp tərəfindən 2 yanvar gecəsi təsdiqlənib. ABŞ qüvvələri Venesuelanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb, bir təyyarə vurulsa da fəaliyyətdə qalıb. Maduronu ələ keçirən xüsusi təyinatlılar geri çəkilərkən yerli qüvvələrlə toqquşma baş verib. "Moskovskiy Komsomoleç" yazır ki, Karakasda gecə basqını zamanı Amerika təyyarələrindən biri atəşə tutulub və ona zərbələrin dəyməsin baxmayaraq, təyyarə işləməyə davam edib və missiyanı tamamlayıb. Venesuela qüvvələrinin şiddətli müqaviməti evakuasiya zamanı başlayıb və ABŞ-ın elit bölmələri “özünümüdafiə məqsədilə” əks-hücumlara qarşı mübarizə apararaq ölkəni tərk etməyə məcbur olublar. Den Keyin "Təyyarələrimizdən biri vuruldu, lakin uçuşa yararlı qaldı... Qüvvələr Venesueladan çəkilməyə başladıqda, bir neçə döyüş əməliyyatı oldu", - deyə qeyd edib. Özü də bunu yüksək rütbəli hərbçi prezident Donald Trampın yanında dayanaraq deyib. CNN-in verdiyi məlumata görə, yerüstü komandalar real vaxt rejimində kəşfiyyat məlumatları alıb və bu, onlara lazımsız risk olmadan “mürəkkəb mühitdə” manevr etməyə imkan verib. General Keyn zədələnmiş təyyarənin əməliyyatın sonuna qədər havada qaldığını və sonda sağ-salamat evə qayıtdığını vurğulayıb. Bir gün əvvəl Donald Tramp Nikolas Maduronun yataq otağına hücumu televiziyada canlı izlədiyini etiraf edərək, əsgərlərinin hərəkətlərinin "sürətini və şiddətini" cəlbedici televiziya şousu ilə müqayisə edib. İRADƏVenesuela bir ABŞ təyyarəsini vurub
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Mar-a-Laqoda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Venesuela lideri Nikolas Maduro və həyat yoldaşını ələ keçirmək üçün “Mütləq Qətiyyət” adlı əməliyyatını aylar əvvəl planlaşdırıb. ABŞ-nin Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin sözlərinə görə, əməliyyat məxfi və dəqiq olub, 150 təyyarə cəlb edilib və Tramp tərəfindən 2 yanvar gecəsi təsdiqlənib. ABŞ qüvvələri Venesuelanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb, bir təyyarə vurulsa da fəaliyyətdə qalıb. Maduronu ələ keçirən xüsusi təyinatlılar geri çəkilərkən yerli qüvvələrlə toqquşma baş verib. "Moskovskiy Komsomoleç" yazır ki, Karakasda gecə basqını zamanı Amerika təyyarələrindən biri atəşə tutulub və ona zərbələrin dəyməsin baxmayaraq, təyyarə işləməyə davam edib və missiyanı tamamlayıb. Venesuela qüvvələrinin şiddətli müqaviməti evakuasiya zamanı başlayıb və ABŞ-ın elit bölmələri “özünümüdafiə məqsədilə” əks-hücumlara qarşı mübarizə apararaq ölkəni tərk etməyə məcbur olublar. Den Keyin "Təyyarələrimizdən biri vuruldu, lakin uçuşa yararlı qaldı... Qüvvələr Venesueladan çəkilməyə başladıqda, bir neçə döyüş əməliyyatı oldu", - deyə qeyd edib. Özü də bunu yüksək rütbəli hərbçi prezident Donald Trampın yanında dayanaraq deyib. CNN-in verdiyi məlumata görə, yerüstü komandalar real vaxt rejimində kəşfiyyat məlumatları alıb və bu, onlara lazımsız risk olmadan “mürəkkəb mühitdə” manevr etməyə imkan verib. General Keyn zədələnmiş təyyarənin əməliyyatın sonuna qədər havada qaldığını və sonda sağ-salamat evə qayıtdığını vurğulayıb. Bir gün əvvəl Donald Tramp Nikolas Maduronun yataq otağına hücumu televiziyada canlı izlədiyini etiraf edərək, əsgərlərinin hərəkətlərinin "sürətini və şiddətini" cəlbedici televiziya şousu ilə müqayisə edib. İRADƏ