ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında bəyan edib ki, təhlükəsiz, düzgün və sağlam düşüncəli dəyişiklik baş verənə qədər ABŞ Venesuelanı idarə edəcək. Tramp bildirib ki, ABŞ-ın məqsədi məhz sağlam düşüncəli idarəçiliyin olmasıdır.
“Biz böyük Venesuela xalqı üçün, o cümlədən hazırda ABŞ-da yaşayan və ölkələrinə qayıtmaq istəyən bir çox venesuelalı üçün sülh, azadlıq və ədalət istəyirik. Venesuela xalqının rifahını düşünməyən başqa birisinin Venesuelanı ələ keçirməsi riskini gözə ala bilmərik. Biz buna imkan verməyəcəyik. Biz indi oradayıq və düzgün keçid mümkün olana qədər qalacağıq”, - deyə ABŞ prezidenti bildirib.
İRADƏ