İsrail xarici kəşfiyyat xidməti MOSSAD-a məxsus olduğu iddia edilən bir X hesabından iranlılara birbaşa müraciət edilib və ötən bazar günü başlayan etirazları davam etdirməyə çağırılıb.
MOSSAD-ın paytaxt Tehranda və İranın digər şəhərlərində davam edən nümayişləri dəstəklədiyi iddia edilib. "Birlikdə küçələrə çıxın. Vaxt gəldi. Biz sizinləyik. Yalnız uzaqdan və ya sözdə deyil. Meydanlarda da sizinləyik" – deyə hesabdakı paylaşımda bildirilir.
Bu arada, İsrail Xarici İşlər Nazirliyi, İsrail elm və texnologiya naziri Gila Qamliel və Diaspora işləri naziri Amiçay Çikli də sosial media hesablarında Tehran rejiminə qarşı İran xalqını dəstəklədiklərini bildirən paylaşımlar ediblər.
Onu da qeyd edək ki, son aylarda İran hökuməti onlarla insanı "İsrail agenti" olmaq ittihamı ilə edam edib. İnsan haqları təşkilatları Tehranı dinc etirazları yatırmaq üçün "İsrail agenti" ittihamından qalxan kimi istifadə etdiyinə görə tənqid edirlər.
TAHİR