Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" kanalına müsahibəsində müharibənin bitməsi ilə bağlı fikirlər səsləndirib. Ukrayna lideri bildirib ki,"Donbas və Krımı Rusiyaya versək, müharibə başa çata bilər". Amma o bəyan edib ki, rəsmi Kiyev buna razı olmayacaq.
V.Zelenski həmçinin vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampla sülh planını müzakirə etməyə hazırdır: "Əlbəttə, onun heç də bütün təklifləri ilə razılaşmayacağıq. Amma Trampı dinləməyə hazıram. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər".
Mətləb