Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu yeni mükafatlar alıb. Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib . Gənc Rusiyanın Əmək Şücaəti ordeni və 1-ci dərəcəli "Rusiya Xüsusi Qüvvələr Universitetinin inkişafına töhfəyə görə" medalı ilə təltif edilib. Mükafatlandırma mərasimi "Rusiyanın Əmək Şücaəti" Ümumrusiya ictimai qurumunun təşkil etdiyi tədbir çərçivəsində baş tutub.
Leyla SƏMƏNDƏR