Bazar günü günü, 08 noyabr 2026
     

İsrail sanksiyalarında islam-ərəb ölkələri vahid rəyə gələ bilmədilər. Niyə?..

Image


Mehman İsmayılov: "Bunun pərdəarxası məqamları var"

"Ərəb və müsəlman ölkələrinin liderləri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatı qətiyyətlə pisləyib və onun dərhal dayandırılmasını tələb ediblər". Rusiya mətbuatının yazdığına görə, bu tələblər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinin yekun qətnaməsində öz əksini tapıb. 

Noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ərəb Dövlətləri Liqasının (LAS) sammitindən sonra qurumun iclası baş tutub. "Əvvəlcə Ərəb Liqası və İƏT sammitlərinin ayrı-ayrılıqda, müvafiq olaraq noyabrın 11 və 12-də keçiriləcəyi güman edilirdi. Bu sammitlərin birləşdirilməsi qərarı "Qəzza zolağında baş verən müstəsna hallar nəzərə alınmaqla" qəbul edilib. Bundan əlavə, hadisələrin birləşməsi ona görə baş verdi ki, bütün ölkələrin liderləri "davam edən böhranla bağlı kollektiv mövqe inkişaf etdirməyin vacibliyini dərk etdilər"-deyə media yazıb.

Vedomosti.ru-ya görə, Ərəb-İslam sammitində iştirak edən ölkələr İsraili Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham ediblər. "Biz İsrailin Qəzza zolağına təcavüzünü və müharibə cinayətlərini, eləcə də müstəmləkəçi işğal hökumətinin Qəzza zolağına və Şərqi Qüds də daxil olmaqla işğal olunmuş İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törətdiyi vəhşi, qeyri-insani qətliamları pisləyirik", – yekun qətnamədə deyilir. Məlumatda qeyd olunana görə, Ərəb Liqası və İƏT ölkələri belə nəticəyə gəliblər ki, "İsraillə sülhün və normal münasibətlərin qurulmasının ilkin şərti onun bütün Fələstin və ərəb ərazilərinin işğalına son qoymasıdır". Media yazır ki, tərəflər bir daha 4 iyun 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyinə diqqət çəkiblər.

"Ərəb və islam ölkələrinin liderlərinin İsrailin hərəkətlərini kəskin pisləməsinə baxmayaraq, tərəflər Təl-Əvivə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı razılığa gələ bilməyiblər. Əlcəzairin ərəb dövlətləri tərəfindən İsrailə qarşı sanksiyalar tətbiq etməsi təşəbbüsü rədd edilib. Təkliflər İsraili təchiz etmək üçün ərəb ölkələrindəki Amerika və digər hərbi bazalardan istifadənin qarşısının alınması, ərəb ölkələrinin İsraillə iqtisadi, hərbi və diplomatik əlaqələrinin dondurulması və təcavüzü dayandırmaq üçün Qərbə təzyiq göstərmək üçün ərəb ölkələrinin neft və iqtisadi imkanlarından istifadə etməklə hədələməkdən ibarət idi. Bu sanksiya planını Suriya, Livan, Tunis və Fələstin daxil olmaqla 10 (11)  Ərəb Liqası ölkəsi dəstəkləyib. Lakin Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Mərakeş Əlcəzairin planına qarşı çıxdığı üçün Ərəb Liqasının üzvləri konsensusa gələ bilməyiblər"-deyə vedomosti.ru bildirib. 

İsrailə qarşı sanksiyalar məsələsində islam ölkələri vahid qərara gələ bilmədi, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş bu sanksiya planının əleyhinə çıxıb. 

İsrailə sanksiyalar tətbiq edilməsi məsələsində islam-ərəb ölkələri nə üşün vahid rəyə gələ bilmədilər? Səbəb nə idi? 

"Ümumiyyətlə, ərəb dövlətləri, müsəlman ölkələri heç zaman bir araya gələ bilməyiblər, bu bir faktdır" 

Politoloq Mehman İsmayılov "Bakı-xəbər"ə şərhində "11-12 noyabrda Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın təşəbbüsü ilə Ərəb Liqası dövlətləri və İƏT-in üzvü olan 57 müsəlman dövləti İsrailə qarşı vahid düşərgədən çıxış etmək məqsədilə toplaşdılar. Müzakirələr  aparıldı və Əlcəzairin prezidenti 5 maddədən ibarət bir plan irəli sürdü. Əlcəzair İsrailin silah-sursatından imtina etmək, Amerika bazalarının öz ərazilərindən istifadəsinə yol verməmək, İsrail uçaqlarının ərəb dövlətlərinin üzərindən uçmasına imkan verməmək, neft embarqosu tətbiq etmək və müsəlman dövlətlərinin Nazirlər Komitəsi kimi bir qurum yaradıb onun adından Nyu-Yorka, Vaşinqtona, Brüsselə, Cenevrəyə, Londona, Parisə səfərlər təşkil edib İsrailin Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatların qarşısını almaq kimi təklif irəli sürdü. Bu planı Suriya, Livan, Tunis, Fələstin, İraq, Küveyt, Oman, Liviya, Yəmən, Qətər və Əlcəzair  daxil olmaqla 10 Ərəb Liqası ölkəsi dəstəkləyib. Amma Misir, Mərakeş, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu planın əleyhinə səs verməsələr də, lehinə də səs vermədilər. Bunun pərdəarxası məqamları var. Nə qədər ərəb dövlətləri çalışsalar da neft embarqosundan İsrailə qarşı istifadə etsinlər, təbii ki, bu düzgün rıçaq deyil, zamanında bunu istifadə ediblər və nəticə ala bilməyiblər. Üstəlik də Birləşmiş Ştatlar İsrailin arxasında dayanıb. İsrail ABŞ-ın Yaxın Şərqdə bir nömrəli müttəfiqidir, onun neftlə boğulması mümkün deyil. Bununla yanaşı, bizim dövlətimiz İsrailin  20 faiz neft tələbatını, Qazaxıstan isə 40 faizini ödəyir. Bu cür məsələlərdə İsrailə qarşı neft embarqosu müsbət nəticə verə biləcək mexanizm rolunu oynaya bilmir. Çünki bu tarixdə baş verib və nəticə nəticə alınmayıb. İkinci bir tərəfdən, bilirsiz ki, İsraillə Ərəb dövlətlərinin münasibətlərinin normallaşdırılması  məqsədilə ABŞ-ın başçılığı ilə "İbrahim" anlaşması deyilən plan ortaya atıldı. 2020-ci ilin sentyabrında Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Təl-Əvivlə "İbrahim" anlaşmasını   imzaladılar. Bundan sonra dekabrda buna Mərakeş qoşuldu. 2021-ci ildə isə Sudan da qoşulacaqdı. Həmasın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücum başlamadan bir az əvvəl Təl-Əvivlə Əl-Riyadın münasibətinin normallaşması, istiləşməsi məsələsi ortaya qoyulmuşdu. Ümumiyyətlə, ərəb dövlətləri, müsəlman ölkələri heç zaman bir araya gələ bilməyiblər, bu bir faktdır"-deyə qeyd etdi.

M.İsmayılov hesab edir ki, ABŞ-ın buna çox kəskin reaksiyası olacaq, çünki İordanya və Bəhreyn öz səfirlərini İsraildən geri çağırıblar, o biri müsəlman dövlətləri isə, təbii ki, hələ də qeyri-müəyyən bir mövqe nümayiş etdirirlər, yalnız çağırışlarla kifayətlənirlər: "Bu çağırışların da nəticə verməsi mümkün deyil. Konkretləşdirək ki, nə üçün bu dövlətlər -Misir, Mərakeş, Səudiyyə Ərəbistanı   və BƏƏ bu plana səs vermədilər? Birincisi, Misir İsraillə öz münasibətlərin hər zaman normallaşdırmağa çalışır. Çünki 1967 və 1973-cü il müharibəsində  uduzduqdan sonra Misir tamamilə başqa bir yol tutdu. Baxmayaraq ki, o vaxt Misirin arxasında Sovet İttifaqı kimi nəhəng bir imperiya dayanırdı, amma 6 günlük və "Axirət günü" adlandırılan müharibəni ərəb dövlətləri uduzdular. Dediyim kimi, Mərakeş və BƏƏ "İbrahim" anlaşmasına qoşulublar. Səudiyyə Ərəbistanı da bütün gücü ilə İsraillə münasibətini normallaşdırmaq yolunu tutub. Burada həm iqtisadi rıçaqlar, həm siyasi məsələlər, həm ABŞ-la olan münasibətlər aparıcı rol oynayıb ki, bu dövlətlər Əlcəzair prezidentinin irəli sürdüyü beş maddədən ibarət olan planı dəstəkləməyibər"-deyə M.İsmayılov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ