ABŞ Suriyanın şərqində İran silahlı qüvvələrinə yaxın qrupları növbəti dəfə bombalayıb.
ABŞ müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, bazar günü gecə ABŞ hava hücumları ilə Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus əraziləri hədəf alıb.
"Fox News" xəbər verir ki, ABŞ-ın hücumu zamanı azı 6-7 iranpərəst döyüşçü öldürülüb. Kanal Pentaqondakı mənbəyə istinadən bildirir ki, zərbə endirilən iki hədəfdən biri İranın buradakı fəaliyyətlərin koordinasiya edildiyi gizli evlərindən bir olub.
TAHİR