Sən demə Ermənistan indi də Avropanın enerji təhlükəsizliyinə "töhvə vermək" xəyalına düşüb. Bilirsiniz bunu kim söyləyir?-Ermənistan XİN rəhbəri Ararat Mirzoyan. Ararat Mirzoyan İrəvanda Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib. O daha sonra deyir ki, bu iddiasının reallaşdırılması yalnız Ermənistanın regional Qara Dəniz Enerji Sualtı Kabel layihəsində iştirak edəcəyi təqdirdə mümkündür.
Mətləb Salahov