İsrail Qəzza zolağında atəşkəsə razı olmayacaq, hadisələrin bu cür inkişafı HƏMAS qruplaşması qarşısında məğlubiyyəti qəbul etmək deməkdir. “The Times of Israel” nəşrinin məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Oktyabrın 7-də törədilmiş dəhşətli hücumlardan sonra İsrail döyüşlərin dayandırılmasına razı olmayacaq. Atəşkəs çağırışları HƏMAS-a, terrora, barbarlığa təslim olmaq çağırışlarıdır. Bu baş verməyəcək”, - deyə baş nazir qeyd edib.
Daha əvvəl Netanyahu bildirmişdi ki, İsrail Müdafiə Ordusu HƏMAS-a qarşı keçirdiyi əməliyyatda qarşıya qoyulmuş məqsədlərə tədricən nail olur.