ABŞ nə İsrailə, nə də Qəzzaya öz hərbçilərini göndərməyi planlaşdırmır. Bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.
O, “CBS News” telekanalına verdiyi müsahibədə bildirib ki, “bizim İsrailə və ya Qəzzaya döyüş bölmələri göndərməklə bağlı heç bir niyyət və planımız yoxdur”.
Harris qeyd edib ki, İsrailin özünümüdafiə hüququ var, eyni zamanda, fələstinlilər də bərabər şəkildə qorunma və öz müqəddəratını təyinetmə tədbirlərinə layiqdirlər”.
“Biz çox açıq şəkildə bildirdik ki, müharibə aparılması qaydalarına riayət edilməli və humanitar yardım daxil olmalıdır”, - deyə vitse-prezident vurğulayıb.
Harrisin sözlərinə görə, Fələstin-İsrail münaqişəsi Ukrayna ilə bağlı vəziyyətdən diqqəti yayındırmır.
“Xeyr, bu, onları heç də ikinci plana atmır. Biz Ukraynaya hər zaman olduğu kimi sadiqik”, - deyə o əlavə edib.