Oktyabrın 7-də başlayan İsrail-HƏMAS qarşıdurması 23 gündür davam edir. Bu arada, HƏMAS qruplaşmasının “İzzədin əl-Kassam briqadası”nın hərbi qanadının rəsmisi Musa Əbu Merzuk Fələstin rəhbərliyi və ərəb ölkələri ilə bağlı diqqət çəkən bir açıqlama ilə çıxış edib.
Merzuk, Fələstin administrasiyasının üzvləri və bəzi ərəb ölkələrinin Qərblə gizli sövdələşməyə getdiyini, onları HƏMAS-ı məhv etməyə çağırdığını iddia edib.
"Hizbullahdan və İordan çayının qərb sahilindəki qardaşlarımızdan ciddi dəstək gözləyirdik. Xüsusilə Ramallah administrasiyasının biabırçı münasibəti bizi məyus etdi" - HƏMAS rəsmisi deyib.
TAHİR