Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 42-ə çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.
Qeyd edək ki, dünən səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub. Qəza anında şaxtada 252 nəfər olub.
Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb.